Menu

“Rusiya Tokmak şəhərini boşaldır” - “Təhsil müəssisələri şəhərdən çıxarılır”

04.10.2023, 13:31
“Rusiya Tokmak şəhərini boşaldır” - “Təhsil müəssisələri şəhərdən çıxarılır”

Məlum olduğu kimi, Ukrayna ordusunun ölkənin cənub-şərqində keçirdiyi əks-hücum əməliyyatının əsas hədəflərindən biri Tokmak şəhəridir. Bu şəhər yol qovşaqlarının kəsişdiyi ərazidə yerləşir və onun azad edilməsi Rusiyanın işğalçı qüvvələrinin lojistikasını olduqca çətinləşdirəcək.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiyanın Tokmakdakı işğalçı administrasiyası təhsil müəssisələrini şəhərdən çıxarmağa başlayıb. Bunu Tokmakın işğaldan sonra şəhəri tərk etmiş qanuni meri İvan Fyodorov bildirib. O, öz sosial şəbəkə səhifəsində qeyd edib ki, şəhərin işğalçı administrasiyası və yüksək rütbəli Rusiya hərbçiləri öz ailə üzvlərini Tokmakdan çıxarırlar.

Fyodorovun yazdığına görə, şəhərdə Ukrayna Silahlı Qüvvələrinin Tokmaka yaxınlaşması fonunda panika hökm sürür. O, qeyd edib ki, ümumilkdə Melitopol istiqamətində Rusiya hərbi birləşmələri gərgin vəziyyətdədirlər və “qaynar payıza” hazırlaşırlar.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol