Menu

“Fransanın destruktiv fəaliyyəti Qərbin vasitəçiliyinə böyük zərbə vurdu” - “ABŞ fəal işə başlamalıdır...”

04.10.2023, 15:28
“Fransanın destruktiv fəaliyyəti Qərbin vasitəçiliyinə böyük zərbə vurdu” - “ABŞ fəal işə başlamalıdır...”

“Mətbutda yayılmış məlumatlara görə, Azərbaycanın Qranada görüşündən imtina etməsinin səbəbi Almaniya və Fransanın Türkiyənin görüşdə iştirak etməsi barədə Bakının təklifinə qarşı çıxması olub. Belə qənaətə gəlmək olur ki, Ermənistan rəhbərliyi və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel buna qarşı çıxmayıb”. 

Bunu politoloq Fərhad Məmmədov “AzPolitika.info”ya Azərbaycan və Ermənistan liderlərinin Qranadada planlaşdırılan görüşünün baş tutmamasının səbəblərini şərh edərkən deyib.

“Avropa siyasət cameəsində bu çərçivədə keçirilən görüşlər format deyil, sadəcə kofe ətrafında müzakirələrdir. Hesab edirəm ki, Brüssel Qaranada görüşünün iflasından özü üçün dərs çıxarmalıdır. Mövqeyi, formatı dəyişməlidir. Çünki bu, birbaşa Brüssel formatına təsir göstərir”, - o əlavə edib.

F.Məmmədovun sözlərinə görə, əgər Şarl Mişel yenidən öz vasitəçilik missiyasını fəal şəkildə bərpa etmək istəyirə, yaxın zamanlarda Brüsseldə üçtərəfli görüş keçirməlidir. “Ümumiyyətlə, Fransanın destruktiv fəaliyyəti prosesdə Qərbin vasitəçiliyinə böyük zərbə vurdu. Aydın oldu ki, Avropa iqtisadi cəhətdən nə qədər varlı olsa da, qlobal geosiyasətdə özünün böyük maraqlarını kiçik maraqlara qurban verir. Və o da məlum oldu ki, Avropa ABŞ-sız heç nə edə bilmir. Fransanın bu ağılsız destruktiv hərəkətləri bütövlükdə Qərb vasitəçiliyini pis vəziyyətə salıb. Ona görə də ABŞ yenidən ümumi Qərb vasitəçiliyini qoruyub saxlamaq üçün fəal işə başlamalıdır”, - təhlilçi vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol