Menu

“Biz bilirik ki, Qarabağı tərk edənlərin bir qismi qayıtmaq fikrindədir” – Rusiya XİN

04.10.2023, 17:13
“Biz bilirik ki, Qarabağı tərk edənlərin bir qismi qayıtmaq fikrindədir” – Rusiya XİN

Moskvada Qarabağı tərk edən bəzi sakinlərin geri qayıtmağı planlaşdırdığı barədə məlumat var. 

“AzPolitika.info” Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Moskvanın bu prosesi dəstəkləyəcəyinə jurnalistləri əmin edib.

“Bizə məlumat daxil olur ki, Qarabağ sakinlərinin bir qismi geri qayıtmaq fikrindədir. Bunun üçün şərait yaradılarsa və onların təhlükəsizliyi təmin olunarsa, bunu necə təsəvvür edirlər” - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası bu halda “Azərbaycan tərəfi ilə təmasda bu proseslərə yardım göstərəcək”.

Rüfət

AzPolitika.info

Şərhlər

t.ədalət 2023-10-04 17:16:50

Rusiyanı lənətə gəlsin!Zorla ermənini Qarabağa pərçimləyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol