İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri İranın Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərməyə hazır olduğunu açıqlayıb.
“AzPolitika.info” bu barədə İRNA agentliyinə istinadla xəbər verir. General qeyd edib ki, bölgədə gərginliyin davam etməsi Ermənistan, Azərbaycan və digər ölkələrin xeyrinə deyil.
Baqeri Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə bildirib ki, «Cənubi Qafqazda baş verən hadisələr regional təhlükəsizliyə təsir edir».
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sülhün regional dövlətlərin ümumi maraqlarına cavab verdiyini deyib.
O, həmçinin parçalanma və iğtişaşları təşviq edən xarici siyasəti tənqid edərək, region ölkələrini problemlərini dialoq yolu ilə həll etməyə çağırıb.
Baqeri ABŞ-ın Ermənistandakı son hərbi təlimlərinə cavab olaraq yeni xarici oyunçuların müdaxiləsinin regionda gərginliyin və qeyri-sabitliyin artmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.
“Müdafiə qüdrətinin və hərbi potensialın hər hansı artımı aqressiv niyyətlərlə bağlı olmamalıdır”, - general əlavə edib.
Rüfət
AzPolitika.info


Şərhlər