Qarabağdan çıxan separatçı ermənilər Ermənistanda kirayə evlərin qiymətlərinin kəskin artmasına səbəb olub.
"AzPolitika.info" xəbər verir ki, bu barədə “Silver REA” daşınmaz əmlak agentliyinin rəhbəri Andranik Arutyunov Ermənistan mediasına açıqlamasında bildirib.
Ekspert izah edir ki, qiymətlər iki-üç dəfə artıb: “Sadəcə, kifayət qədər mənzil fondu yox idi. Məsələn, İrəvanda hazırda kirayə mənzil tapmaq olduqca çətindir. İrəvana bitişik şəhərlərdə də mənzərə dəyişib. Bu şəhərlərdə kirayə mənzillər iki ay əvvəl İrəvanda necə kirayə verilirdisə, eyni qiymətə də kirayə verilir”.
Ekspert bildirib ki, Azərbaycanı tərk edən ermənilər arasında İrəvanın mərkəzində mənzil kirayələyənlər də az deyil: “Bir çox insanlar qısa müddətə – 1-3 aya kirayə qalırlar. Əhalinin kasıb hissəsi dövlət tərəfindən verilən mənzillərdən istifadə edir. Bəziləri qohumlarının evində məskunlaşıb, bəzilərinin isə İrəvanda şəxsi mənzilləri olub”.
Onun sözlərinə görə, Azərbaycanı tərk edən ermənilər arasında hələlik mənzil almağa maraq azdır.
Rüfət
"AzPolitika.info"


Şərhlər