Menu

Şoyqu ehtiyat alaylar yaradır - Hücum üçün əlavə qüvvələr lazımdır

05.10.2023, 13:48
Şoyqu ehtiyat alaylar yaradır - Hücum üçün əlavə qüvvələr lazımdır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin tərkibində doqquz ehtiyat alayının formalaşdığını açıqlayıb.

“Baş Qərargahın qərarı ilə hər ordu birləşməsi üçün ehtiyat alaylar yaradılıb. Bu gün bizim doqquz ehtiyat alayımız var, onların təbii, daimi doldurulması davam edir”, - müdafiə idarəsinin rəisi Rusiya Silahlı Qüvvələrinin Birgə Qrupunun qərargahında qrup komandirləri ilə görüşdən sonra bildirib.

İyun ayında Şoyqu Rusiya Silahlı Qüvvələrinin ehtiyatlarının ayrıca ordunun tərkibində formalaşdığını elan edib. Bildirib ki, Müdafiə Nazirliyi ilə gündə 1300-dən çox adam müqavilə bağlayır, yəni bütöv bir alay formalaşır.

Hərbi ekspert Vasili Dandıkinin qeyd etdiyi kimi, Rusiya Silahlı Qüvvələri daim müdafiədə olmayacaq, onlara hücum əməliyyatları üçün yeni qüvvələr lazımdır.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol