Ukrayna Prezidenti Volodimir Zelenski vurğulayıb ki, indi Ukraynanın payız və qış aylarında enerji infrastrukturuna Rusiyanın gözlənilən hücumlarına qarşı “qoruyucu qalxan” yaratması vacibdir.
“AzPolitika.info” UNİAN-a istinadla xəbər veirir ki, Zelenski bunu Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün gəldiyi İspaniyanın Qranada şəhərində media nümayəndələri ilə söhbəti zamanı deyib.
Onun sözlərinə görə, indi əsas vəzifə təkcə Avropa İttifaqı ölkələri arasında deyil, bütün Avropada birliyi qorumaqdır.
"Bu, üzləşdiyimiz ən böyük sınaqdır. Çünki Rusiya dezinformasiya və saxta xəbərlərlə hücum edir" – Ukrayna Prezidenti deyib.
Prezidentin qeyd etdiyi ikinci mühüm məsələ Ukraynanın Rusiyanın qış hücumlarına, o cümlədən İran pilotsuz təyyarələrinə qarşı “müdafiə qalxanı” yaratmasının vacibliyidir.
Rüfət
AzPolitika.info


Şərhlər