Menu

Deputat öz həmkarını belə təbrik etdi – “Böyük hörmət və rəğbət qazanıb...”

05.10.2023, 15:57
Deputat öz həmkarını belə təbrik etdi – “Böyük hörmət və rəğbət qazanıb...”

Milli Məclisin deputatı Etibar Əliyev həmkarı Məşhur Məmmədovu “Şöhrət” ordeni alması münasibətilə təbrik edib.

Deputatın təbrikində deyilir:

Prezident İlham Əliyev millət vəkili Məşhur Məmmədovu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edib. Bu münasibətlə deputat həmkarımı səmimi qəlbdən təbrik edirəm.

Məşhur Məmmədov öz sadəliyi, xeyirxahlığı, vətəni sevməkdə örnək olmağı ilə böyük hörmət və rəğbət qazanıb. Seçildiyi Masallı rayonunun sakinlərinin problemlərinə diqqətlə yanaşması və ödənişli təhsil alan tələbələrə göstərdiyi qayğı xüsusilə dəyərləndirilməlidir.

Daha vacib bir məsələni qeyd edim.

Məşhur müəllimin mütəfəkkir, maarifçi, pedaqoq, folklorşünas, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovu yenidən cəmiyyətimizə tanıtması yaddaşlardan silinməyəcək.

Qeyd edimi ki, Teymur bəy Bayraməlibəyov 1862-ci il avqust ayının 22-də Lənkəran qəzasının Yeddioymaq kəndində anadan olub. 1875-ci ildə Teymur Bəy Tiflisdəki mülki feldşerlik məkəbində oxumuş və oranı birinci dərəcəli diplomla bitirmişdir. 1879-cu ildə Qori Müəllimlər Seminariyasının ikinci sinfinə daxil olmuş, 1881-ci ildə təhsilini tamamlayaraq Lənkəran şəhər ikisinifli məktəbinə rus dili və hesab müəllimi təyin olunmuşdur.

Seminariyanı bitirib işə başladığı vaxtlar dərs dediyi məktəbdə dörd nəfər şagird oxuduğu halda, 3-cü tədris ilində, artıq həmin məktəbdə 36 azərbaycanlı şagird oxuyurdu. Teymur bəy Bayraməlibəyov kasıb balalarının təhsildən yayınmaması üçün özünün yaratdığı "Xeyriyyə cəmiyyəti" vasitəsilə uşaqlara ayaqqabı, paltar alıb, onları tədris ləvazimatı ilə təmin edir, təhsil haqqını ödəməyə yardım göstərirdi. O, 1906-cı ildə öz hesabına qiraətxana yaratmışdır.

Qadınların təhsilinə böyük əhəmiyyət verən Bayraməlibəyov 1917-ci ildə Lənkəranda "Ünas" (qızlar) məktəbinin əsasını qoymuşdur.

Məhur Məmmədov böyük maarifçimizin anadan olmasının 160 illiyi münasibətilə onun həyat yolunu işıqlandıran "Nurlu yol" sənədli filminin ərsəyə gəlməsinə və Teymur bəyin yaradıcısı olduğu Masallının II Yeddioymaq kəndindəki 2 nömrəli məktəbin önündə büstünün hazırlanmasına yardımçı olmuşdur. Düşünürəm ki, Məşhur müəllimin də təhsil aldığı bu məktəbin xeyli uğurlu məzunları olacaq.

Həmkarım Məşhur müəllimə uzun ömür can sağlığı və Vətən yolunda, Xalq yolunda yorulmaz fəaliyyət arzulayıram.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol