Menu

Ermənistana Rusiyadan göndərilən yanacaq kəskin bahalaşıb – “İqtisadiyyata ciddi zərər vuracaq”

05.10.2023, 17:32
Ermənistana Rusiyadan göndərilən yanacaq kəskin bahalaşıb – “İqtisadiyyata ciddi zərər vuracaq”

Son günlər Ermənistanda yanacağın qiyməti artıb. 

“AzPolitika.info” xəbər verir ki, proses iyundan başlayıb, sentyabrda bahalaşma nisbətən səngisə də hazırda benzin 2022-ci ilin dekabrı ilə müqayisədə 18 faiz bahadır.

Ekspertlər bildirirlər ki, qiymət artımı bilavasitə xarici amillərlə, konkretləşdirsək, benzinin idxal olunduğu Rusiyadakı vəziyyətlə bağlıdır. Qeyd edək ki, hazırda qonşu ölkədə yanacaq böhranı yaşanır. İstehsalın kəskin aşağı düşməsi, Ukraynadakı hərbi əməliyyatlara böyük həcmlərin israf edilməsi kənd təsərrüfatı sektorunu yanacaqsız qoyub, ixrac da məhdudlaşdırılıb.

Hökumət rəsmiləri başqa ölkələrə benzin, dizel ixracına qadağa qoysalar da bu, Ermənistan kimi Avrasiya İttifaqı Birliyinin üzvlərinə şamil edilmir.

Bununla belə göstərilən səbəbələrdən qiymətlərin artması qaçılmazdır və Rusiya-Ermənistan münasibətlərinin kəskinləşdiyi hazırki dövrdə bu yalnız siyasi amillərlə bağlı deyil.

Yerli ekspertlər bildirirlər ki, benzinin qiymətinin qalxması iqtisadiyyata mənfi təsir göstərəcək, sahibkarlıq subyektlərinin və ev təsərrüfatlarının xərclərini artıracaq. “Bu, əsas malların qiymətlərinin artmasına gətirib çıxaracaq, ümumi inflyasiyaya gətirib çıxaracaq və vətəndaşların rifahına təsir edəcək”, - ekspert Karen Adonts vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol