Menu

Dövlət Xidmətinin şöbə rəisinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

05.10.2023, 18:00
Dövlət Xidmətinin şöbə rəisinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Report”un məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Sabiq hərbi komissarın işi hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onun vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər

Vətəndaş 2023-10-05 19:40:26

Bu da YAP-ın üzvüdür.Bu Partiyanın üzvlərinin cinayət əməllərinin çoxluğu YAP-ın iç mahiyyətini açıq surətdə bəyan etdiyindən belə məramlı və belə əməllər sahibləri saxlatan.yetişdirən partiyanın ləğvi tam qanunauyğun və hamının gözlədiyi nəticədir.Bu partiya üzvləri ölkəni və azəraycan xalqını dünyada rüşvətxorluq və korrupsiya mərkəzinə çevirib. Dərhal ləğv olunmalıdır.Bu eybəcərlik nə qədər davam etməlidir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol