Ukrayna istehsalı olan yeni növ məhsulların Azərbaycan Respublikasına ixracına dair razılıq əldə olunub.
“AzPolitika.info” bu barədə UNİAN-a istinadla xəbər verir.
Dövlət Ərzaq və İstehlak Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, Ukrayna istehsalçıları Azərbaycana tərkibində quş əti və süd məhsulları olan, kulinariya hazırlığına gətirilən və istehlak üçün nəzərdə tutulmuş kompozit ərzaq məhsulları tədarük edə biləcəklər.
Qeyd olunur ki, sertifikatın müvafiq blankları ölkələrlə razılaşdırılıb, onlar Dövlət Qida və İstehlakçı Xidmətinin rəsmi internet portalında dərc olunub.
Rüfət
AzPolitika.info


Şərhlər