Menu

Tramp spiker ola bilər – Ukraynaya yardımlar azalacaq?

06.10.2023, 13:28
Tramp spiker ola bilər – Ukraynaya yardımlar azalacaq?

ABŞ-da Nümayəndələr Palatasının sədri Kevin Makkarti istefaya göndərildikdən sonra, yeni spiker vəzifəsinə “layiqli” namizədlər sırasında sabiq prezident, milyarder Donald Trampın da adı çəkilir.

“AzPolitika.info” Fox-a istinadən xəbər verir ki, konqresmen Troy Niels sosial şəbəkələrdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu vəzifəyə namizədliyini irəli sürməyi təklif edib.

“Kevin Makkarti bir daha spikerliyə namizəd olmayacaq. “Mən Donald Trampın Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürürəm” - deyə siyasətçi yazıb.

Tramp hələ 2022-ci ildə bu vəzifə ilə maraqlanmadığını demişdi. Onun sözlərinə görə, o, bütün diqqətini seçki yarışına yönəltmək istəyir.

“Bununla belə, MakKartinin istefasından bir neçə gün sonra o, gözlənilmədən qısa müddətə bu vəzifəni tutmağa hazır olduğunu açıqlayıb”, - deyə “Fox News” xəbər verir.

Fransanın Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot deyib ki, Donald Trampın ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsinə seçilməsi Zelenski rejiminə hər hansı maliyyə yardımından imtinaya səbəb ola bilər. O, bunu “inqilab” adlandırıb. Eyni zamanda, spiker postuna digər namizədlər də Ukraynanı maliyyələşdirməyə davam etmək niyyətində olmadıqlarını bildiriblər.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol