Menu

Şimali Koreya xəbərdarlılqlara məhəl qoymadı - “Rusiyaya ağır silah transferi başlayıb”

06.10.2023, 13:19
Şimali Koreya xəbərdarlılqlara məhəl qoymadı - “Rusiyaya ağır silah transferi başlayıb”

Şimali Koreya Rusiyaya ağır silahlar göndərməyə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “CBS News” telekanalı hökumət rəsmisinə istinadla məlumat yayıb.

ABŞ rəsmisinə əsaslanan xəbərdə transferin yeni və uzunmüddətli tədarük zəncirinin bir hissəsi, yoxsa daha məhdud bir göndərişin bir hissəsi olduğu, həmçinin Şimali Koreyanın Rusiyadan qarşılığında nə aldığıyla bağlı hələlik dəqiq məlumatın olmadığı vurğulanıb.

Bu barədə bildirilir ki, bu addım Qərbdən mütəmadi olaraq silah yardımı alan Ukraynanı çətin vəziyyətə sala bilər.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin ötən ay Vladivostokda silah sazişi üzrə müzakirələr aparmışdı.

ABŞ bu görüşlə bağlı Ş. Koreyaya xəbərdarlıq edərək, “bədəlini ödəyərlər” ifadəsini işlətmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol