Menu

“Azərbaycanda narkomanların sayı hələ də çoxdur” - MM-in Komitə sədri

06.10.2023, 13:34
“Azərbaycanda narkomanların sayı hələ də çoxdur” - MM-in Komitə sədri

“Azərbaycanda narkomanların, o cümlədən onlar arasında qadın və uşaqların sayı hələ də çoxdur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması narahatlıq yaradır: “Hamımız bilirik ki, narkotik cəmiyyətin əsası olan ailəni dağıdır, ailədaxili münaqişələrin, məişət zəminində zorakılığın artmasına və xəstə uşaqların doğulmasına səbəb olur. Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac yaranır”.

Şərhlər

Cəvahir 2023-10-06 14:32:23

Hansı ciddi ölçü götürüldü ki,azala? Əksinə bir sıra vəzifəl şəxslər bu sahəni himay etdiyindən daha da çoxalır. MM isə formal yanaşma ilə guya onları bu msələnin maraqlandırdığı göstəricisi nümayiş etdirmək düşünür.Çox ayıb"! Hər yoldan keçən deputat olub .Biabianırçılıqt!

Firdövsi 2023-10-06 14:28:03

MİLLİ Məclisdə oturanlar bunun əsl səbəbinin kökünün aşkarlanmasında fəallıq göstərməli və bu çətəyə himayədarlıq edən hüquq mühaqfizə.təhlükəsizlik,sərhəd xidmətilərnin ətməkdaşlarını müəyyənedilməsi və zərərsizləşdirilməsinə üçün müvafiq qurumdan real hərəkətlər tələb olunmalıdır. Ona görə nəticəsiz və mənasız müzakitələr məsələni ahəll etmir,əksinə daha da qəlizləşdirir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol