Menu

Qərbin baş qərargah rəisləri Ukrayna üçün yenidən yığışır

06.10.2023, 16:23
Qərbin baş qərargah rəisləri Ukrayna üçün yenidən yığışır

Oktyabrın 10-da Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun "Ramştayn" adlanan 16-cı iclası keçiriləcək.

"AzPolitika.info" UNİAN-a istinadla xəbər verir ki, görüşdə Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun iştirak edəcək.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. ABŞ-ın müdafiə naziri Lloyd J. Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Q. Braun oktyabrın 10-da Ukrayna Müdafiə Təmas Qrupunun təkbətək iclasını keçirmək üçün Belçikanın paytaxtı Brüsselə gedəcək.

Qeyd olunur ki, Pentaqonun rəhbəri və Komitə sədri 50-yə yaxın ölkənin müdafiə katibləri və yüksək rütbəli hərbçilərlə bir araya gələrək Ukraynadakı mövcud vəziyyəti müzakirə edəcək.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol