"Türkiyənin ABŞ kontingentinə qəsdən hücumuna dair sübutumuz yoxdur".
"AzPolitika.info" «Reuters»ə istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pat Rayder bildirib.
Xatıladaq ki, Amerika qırıcısı ötən gün Suriyadakı ABŞ hərbi bazasının yaxınlığında uçan PUA-nı vurub. PUA təhlükə olaraq təsnif edilib və "F-16 " qırıcısı tərəfindən vurulub.
Əvvəlcə PUA-nın Türkiyəyə aid olduğu iddia edilsə də, bu, təsdiqlənməyib.
Pentaqonun sözçüsü bildirib: "Bizdə Türkiyənin ABŞ qüvvələrinə qəsdən hücum etdiyinə dair heç bir sübut yoxdur"
Türkiyə Müdafiə Nazirliyinin sözçüsü də «Reuters» agentliyinə bildirib ki, vurulan pilotsuz uçan aparat Türkiyə silahlı qüvvələrinə aid deyil, kimə aid olduğu dəqiqləşdirilməyib.
Rüfət
AzPolitika.info


Şərhlər