Menu

"Bir ilə müasir müharibə üçün hər şeyimiz olacaq" - Lukaşenko

06.10.2023, 16:56
"Bir ilə müasir müharibə üçün hər şeyimiz olacaq" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, təxminən bir ildən sonra ölkədə müasir müharibə aparmaq üçün hər şey olacaq.

Bu barədə «AzPolitika.info» «Belta»ya istinadla xəbər verir.

"Biz müasir müharibə təcrübəsini tam mənimsəmişik. Gələn ilin ortalarına qədər bizə lazım olan hər şey tam şəkildə olacaq: rabitə, kəşfiyyat, pilotsuz təyyarələr...” - deyə, Lukaşenko Brest bölgəsinə səfəri zamanı bildirib.

Eyni zamanda, Lukaşenko düşmənə "bərpaolunmaz zərər" vurmaq üçün nüvə silahından istifadənin mümkünlüyünə işarə edib.

«Biz gücümüzü göstərmək və düşmənə ciddi ziyan vurmaq üçün bu gün əlimizdə olan daha güclü silahlardan danışmırıq», — deyə Lukaşenko əlavə edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol