Menu

BMT-dən QORXULU PROQNOZ – “216 milyon insan yaşadığı bölgəni tərk etməli olacaq”

07.10.2023, 11:33
BMT-dən QORXULU PROQNOZ – “216 milyon insan yaşadığı bölgəni tərk etməli olacaq”

“İqlim dəyişikliyi səbəbiylə cəmi 30 il sonra böyük bir kütləvi miqrasiya axını baş verəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Cenevrədə keçirilən “Miqrasiya üzrə Beynəlxalq Dialoq” adlı proqramda çıxış edən BMT-nin baş direktoru Emi Pope deyib.

Onun sözlərinə görə, hazırda təxminən 300 milyon insan iqlim dəyişikliyindən təsirlənəcək bölgələrdə yaşayır

BMT-nin bu proqramdan sonra dərc etdiyi hesabata görə, iqlim dəyişikliyinin birbaşa təsiri nəticəsində 2050-ci ilə qədər 216 milyon insan yaşadığı bölgəni tərk etməli olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol