“Rusiya ordusu Kupyansk-Liman istiqamətində fəallaşıb. Oskol çayı üzərindəki 4 körpü dağılıb. Düşmənin hazırkı məqsədi Müdafiə Qüvvələrinin maddi-texniki təchizatını məhv etmək, çayın sol sahilinə çatmaq və Kupyanskın bir hissəsini tutmaqdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev deyib.
“Düşmən bizim maddi-texniki bazamızı məhv etməyə çalışır. Mühəndis bölmələrimiz ponton-körpü keçidləri qurur. Lakin onların tutumunun bir qədər aşağı olduğu aydındır. Düşmən körpülərimizi niyə dağıdır? Çünki o, hücuma hazırlaşır. İşğalçılar minalanmış sahələrdə keçidlər edərək zirehli texnikasını hərbi toqquşma zonasına çəkməyə çalışır”,-deyə o , bildirib.
“AzPolitika.info”


Şərhlər