Menu

Azərbaycanlı müğənni İsraildə çətin vəziyyətə düşüb

07.10.2023, 15:52
Azərbaycanlı müğənni İsraildə çətin vəziyyətə düşüb

Konsert proqramı üçün İsrailə yollanan azərbaycanlı müğənni çətin vəziyyətə düşüb.

"AzPolitika.info" "Kult.az"-a istinadla xəbər verir ki, bu barədə ölkəmizi “Avroviziya 2021” mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi "İnstaqram" hesabında paylaşım edib.

“Bu gün səhər saatlarından başlayaraq İsrailə hücum edilib. 5 000 raket. Hava limanı bağlanıb. Təl-Əviv partladılır. Bu partlayış səsləri və sirenlər sadəcə olaraq qorxuludur. Bizə deyirlər ki, oteldəki bomba sığınacağına enək. İnşallah, hər şey keçər”, - deyə müğənni sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, hazırda Azərbaycanın “Avroviziya 2021” təmsilçisi, müğənni Samirə Əfəndi və meneceri Aydan Topçibaşeva Təl-Əviv şəhəridədirlər. Onlar ötən gün konsertdə iştirak etmək üçün bu ölkəyə yollanıblar.

"AzPolitika.info"

Şərhlər

Rasim 2023-10-07 16:42:10

Onların orda nə işi var? Bir də ki, belə "müğənniciklərdən"çoxdur...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol