İsrail Müdafiə Qüvvələri ölkəyə hücum edən HƏMAS hərəkatını məhv etmək üçün bütün imkanlarından istifadə edəcək.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciətində bildirib.
“Bütün hökumət qərarımı dəstəkləyir. İsrail Müdafiə Qüvvələri dərhal HƏMAS-ı məhv etmək üçün bütün gücünü sərf edəcək”, deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, “HƏMAS” təşkilatına qarşı hərbi əməliyyatı uzun və mürəkkəb olacaq:
“Mən indi bütün İsrail vətəndaşlarına müraciət edirəm: biz bu müharibədə birlikdəyik, bu müharibə vaxt aparacaq, çətin olacaq. Bizi çətin günlər gözləyir, amma mən bir şeyə söz vermək istəyirəm: Allahın köməyi ilə, ümumi səylərimizlə, İsrailə olan inancımız sayəsində biz qalib gələcəyik”.


Şərhlər