HƏMAS bəyan edib ki, şənbə günündən bəri İsrail qüvvələrinə qarşı davam edən döyüşlər zamanı mülki şəxsləri hədəf almır.
"AzPolitika.info" xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Usamə Həmdan «Al-Jazeera» telekanalına müsahibəsində deyib.
"Biz qəsdən mülki insanları hədəf almırıq. Fələstinlilərə hücum edən köçkünləri hədəf alırıq. Biz ərazilərimizdə məskunlaşanların işğalın və İsrail silahlı qüvvələrinin bir hissəsi olduğunu bəyan edirik. Onlar mülki vətəndaş deyillər” - deyə, Həmdan əlavə edib.
İsrail Səhiyyə Nazirliyinin son hesabatına görə, HƏMAS-ın hücumlarından sonra yaralananların sayı 1864 nəfərə çatıb.
Rüfət
"AzPolitika.info"


Şərhlər