Rusiya Dumasının spikeri ABŞ-ın NATO-dan çıxarılmasını istəyir
Rusiya Dumasının spikeri Sergey Narışkin fantastik təkliflə çıxış edib. ANS PRESS-in məlumatına görə, Narışkin avropalı həmkarlarına ABŞ-ın NATO-dan qovmaq təklifini irəli sürüb.
“Mənim fantastik təklifim var. Mən avropalı həmkarlarıma təklif edərdim ki, Amerika Birləşmiş Ştatlarını blokdan çıxarsınlar”- deyə Narışkin bildirib.
Qeyd edək ki, daha əvvəl Narışkin bəyan etmişdi ki, ABŞ-nin həyasız və məsuliyyətsiz siyasəti dünya ictimaiyyətini yeni “soyuq müharibəyə” sürükləyir.


Şərhlər