BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul etməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iclasın iştirakçıları iclas başa çatdıqdan sonra məlumat veriblər.
"Biz ümumi bəyanatı müzakirə etmədik, çünki heç kim hər hansı mətn təklifini irəli sürmədi", - Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frezyer jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub.
ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, “Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər”.
"Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Gərginliyin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", - Vud əlavə edib.


Şərhlər
NATO artıq Ukraynaya yardım etməmək fikrindədir,Amma durub-dururkən yardımı kəsərsə dünyada olan nüfuzu azalar ki,bir tək Rusiya ilə bacarmadı o boyda dövlətlər və NATO daxilində parçalanmalar yarana bilər.Odur ki,həm NATO,həm də Rusiya öz “parlaq” sifətlərini itirməsinlər deyə başqa bir yerdə Ukrayna savaşından da böyük rezonans doğuracaq müharibə başladılmalıydı.ABŞ,Fransa və Rusiya keçən aydakı məxfi görüşlərində bunu qərarlaşdırmışlar böyük bir ehtimalla.Bir neçə gün,və ya iki ay əvvəl,fərq etmir,amma qərarlaşdırmışlar ki,dünyanın hər yerində nə olacağını anında bilən MOSSAD təhlükə barədə susmuşdur.Belə ki MOSSAD İsrail hakimiyyətindən çox NATO-ya bağlıdır qeyri-rəsmi olaraq.Ərdoğana qədərki Türkiyə MİT-i və ordu komandanlığı Ankaradan çox Vaşinqtona bağlı olduğu kimi.NATO-Rusiya gizli sövdələşməsindən sonra qalırdı HƏMAS-ı hərəkətə gətirmək.İran Fransanın gizli terror dövləti olduğu üçün Paris Tehrana əmr etmiş,Tehran da HƏMAS-ı hərəkətə gətirmişdir.MOSSAD-ın susqunluğu yüzlərlə İsraillinin ölümünə səbəb olsa da HƏMAS və Hizbullahı Yer üzündən silmək üçün,Fələstini də bir dövlət kimi birdəfəlik yox etmək üçün bəhanə qazanılmışdır.Necə ki 2001-ci ildə Nyu-Yorkdakı ekiz qüllələr amerikanların özləri tərəfindən dağıdılaraq İraqa və Əfqanıstana girib oraları dağıtmağa bəhanə qazanmışdılar haa,bu da eləcə.Onu da deyim ki,Qərb aləmi yüzlərlə İsrail insanını qırmaq bahasına bölgəni Ukrayna hadisələrini kölgədə qoya biləcək qaynar qazana çevirmək planını Qarabağda həyata keçirməyi düşünmüşdülər.Amma biz Qərbin heç gözləmədiyi halda qəfildən antiterror hərəkətinə başlayaraq bircə günə o mənfur planlarını pozduq;separatçılar özləri öz qurumlarını buraxdılar deyə Qərb qazan qaynada bilmədi,odur ki alovlandıra bilmədikləri ocağın tüstüsü Makron kimilərin təpəsindən bu gün də çıxmaqdadır.Amma onlara nə fərqi,dinc insanlar burada qırıldı,yoxsa İsraildə-Fələstində?Təki “parlaq” mordalarını itirməsinlər.
BMT artıq əhəmiyyətsiz bir dərnəyə çevrilib.