HƏMAS tərəfindən hücuma məruz qalan İsrail şəhərlərində döyüşlərə paralel olaraq, İsrail qoşunları Qəzza zolağını da artilleriya atəşi və hava zərbələri altında saxlayır.
"AzPolitika.info" bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahından bildirilir ki, İsrail şəhərlərində küçə döyüşləri aparmaqla paralel olaraq, qoşunlar Qəzza zolağında HƏMAS-a aid hədəfləri vurmağa davam edir.
Qırıcı təyyarələr, helikopterlər və artilleriya da cəlb olunmaqla, Qəzza zolağında 500-dən çox Həmas və İslami Cihad Komandanlığına aid hədəflər vurulub. HƏMAS-ın yüksək səviyyəli rəsmisi Ruhi Maştaanın iqamətgahı da vurulan hədəflər sırasındadır.
Qəzzadakı tibb işçiləri İsrailin iki evə endirdiyi hava zərbəsi nəticəsində ən azı yeddi fələstinlinin öldüyünü bildiriblər.
Fələstin Səhiyyə Nazirliyi çox sayda uşaq da daxil olmaqla 400-dən çox insanın həlak olduğunu bildirib.
İsrail tərəfdən ölənlərin sayının 700-ə çatdığı bildirilir.
Rüfət
AzPolitika.info


Şərhlər