Ukrayna ordusunda döyüşən və bu ölkənin suverenliyi uğrunda həyatından keçən azərbaycanlıların sayı kifayət qədər çoxdur.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Elvin Novruzovu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edib.
Ailəsi əslən Biləsuvar rayonundan olan Novruzov Ukraynanın İvano-Frankovsk şəhərində dünyaya gəlib. İlk günlərdən Ukraynanın müdafiəsində iştirak edən azərbaycanlı döyüşçü Baxmut şəhəri ətrafında gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək həlak olub.
Qeyd edək ki, buna qədər də Ukrayna Prezidenti Silahlı Qüvvələrin bir neçə azərbaycanəsilli hərbçisini mükafatlandırıb. Elvin Novruzov ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçidir.
“AzPolitika.info”


Şərhlər