Menu

HƏMAS-ın İsrailə hücum planında İranın heç bir rolu yoxdur – XİN sözçüsü

09.10.2023, 16:21
HƏMAS-ın İsrailə hücum planında İranın heç bir rolu yoxdur – XİN sözçüsü

HƏMAS tərəfindən İsrailə hücum əməliyyatının hazırlanmasında İranın da iştirak etməsi barədə iddialar rəsmi Tehran tərəfindən təkzib olunur.

“AzPolitika.info” saytı İran KİV-nə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “İslam Respublikası başqa ölkələrin, o cümlədən Fələstinin qərar qəbul etməsinə müdaxilə etmir”.

Kənani deyir ki, fələstinlilər Tehranın heç bir köməyi olmadan “millətlərini müdafiə etmək və hüquqlarını bərpa etmək üçün lazımi gücə və iradəyə” malikdirlər.

“İranın rolu haqqında danışmaq ictimai rəyi faktlardan yayındırmaq və İsrailin gələcək potensial hərəkətlərinə haqq qazandırmaq məqsədi daşıyır”, - deyə sözçü əlavə edib.

“Wall Street Journal” görə, HƏMAS və Livanın İran tərəfindən dəstəklənən “Hizbullah” hərəkatının yüksək səviyyəli üzvlərinə istinad edərək, "İran təhlükəsizlik rəsmiləri HƏMAS-ın şənbə günü İsrailə qəfil hücumunu planlaşdırmağa kömək edib və keçən bazar ertəsi Beyrutda keçirilən görüşdə hücuma yaşıl işıq yandırıb".

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol