Menu

“İstənilən axmaq addıma cavab verəcəyik” – İran yenə hədələyir

09.10.2023, 16:31
“İstənilən axmaq addıma cavab verəcəyik” – İran yenə hədələyir

“İranı hədələyənlər istənilən axmaq addıma görə sarsıdıcı cavab alacaqlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasser Kanani bildirib.

Kanani deyib ki, HƏMAS-ın İsrailə hücumu İsrailin Qüdsə, Əl-Aksa məscidinə qarşı təhqirlərinə və fələstənlilərə qarşı törədilən gündəlik cinayətlərə cavabdır.

İranın rəsmi nümayəndəsi hesab edir ki, İranın bu hücumlara görə günahkar kimi göstərilməsi Qərbin İsraili müdafiə etməsindən və İsrailin öz məğlubiyyətinə görə məsuliyyəti Tehranın üzərinə atmaq istəyindən irəli gəlir.

O, həmçinin əlavə edib ki, Fələstində baş verənlərlə bağlı İrakla birgə İslam Əməkdaşlığı Təşkilatının fövqəladə iclasının çağırılmasını istəyəcəklər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol