“Rusiyanın özəl hərbi birləşməsi “Vaqner” PMC İsrailə hücumdan əvvəl HƏMAS yaraqlılarına təlim keçib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi (CNS) məlumat yayıb.
Məlumata görə, təlimlərin əsas istiqaməti - partlayıcı maddələrin atılması və kiçik mühərrikli pilotsuz uçuş aparatlarından istifadə olub.
CNS qeyd edir ki, HƏMAS- yaraqlılarının yalnız rus istehsalı olan dronlardan istifadə təcrübəsi var. Bildirilir ki, bu dronlar Afrikada baş tutan təlimlər zamanı HƏMAS-a təhvil verilib.
“AzPolitika.info”


Şərhlər