Menu

Avropa İttifaqı Fələstinə yardımı dayandırdı – “İsrailə hücum dönüş nöqtəsidir”

09.10.2023, 17:57
Avropa İttifaqı Fələstinə yardımı dayandırdı – “İsrailə hücum dönüş nöqtəsidir”

Avropa İttifaqı Fələstin üçün nəzərdə tutulmuş 691 milyon avro yardımın ödənişini dayandırıb.

“AzPolitika.info” İsrail mətbuatına istinadla xəbər verir ki, bu haqda Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi sosial mediada yazıb.

Onun sözlərinə görə, HƏMAS-ın İsrailə hücumundan sonra Avropa Komissiyası Fələstinə yardım portfelini “yenidən nəzərdən keçirmək üçün” dayandırıb.

Aİ komissarı qeyd edib: “İsrailə qarşı hücum dönüş nöqtəsidir. Daha işlər əvvəlki kimi getməyəcək. Fələstinin ən böyük donoru olan Avropa Komissiyası 691 milyon avro həcmində olan inkişaf portfelini yenidən nəzərdən keçirmək üçün dayandırıb”.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol