İsrail Müdafiə quvvələri HƏMAS ilə davam edən müharibə fonunda fələstinlilərə gecə-gündüz bombaladığı Qəzza zolağından Misirə getməyi tövsiyə edib.
"AzPolitika.info" bu barədə «The Times of İsrael» nəşrinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, bu açıqlama ilə İDF nümayədəsi polkovnik-leytenant Riçard Hext xarici jurnalistlərlə söhbətində çıxış edib.
Onun sözlərinə görə, yüzlərlə dinc insanın qətlə yetirildiyi Qəzzanı təcili tərk etmək istəyənlər üçün "açıq yol" saxlanılıb.
“Rəfah keçidi hələ də açıqdır. Mən onlara getməyi məsləhət görərdim" — deyə ordu nümayəndəsi vurğulayıb.
Rüfət
"AzPolitika.info"


Şərhlər
Alçaqlar,açıq-açıq deyirlər ki,tərk edin buraları,onsuz da işğal edəcəyik