Məlum olduğu kimi, sentyabrın 17-də İrəvanda keçirilən seçkidə hakim partiya qalib gəlsə də, onun qazandığı səslər müstəqil şəkildəı şəhər meri təyin etməyə imkan vermirdi. Ona görə ki, çəhər şurasına seçilənlərin azı 27 nəfəri yeni merə səs verməli idi, Paşinyanın partiyası isə 24 səs qazanmışdı. Lakin belə görünür ki, hakim partiya qərbpərəst “Respublika” partiyası və Ermənistanda kifayət qədər tanınmış, ziddiyyətli reputasiyaya malik bloqer Vardan Qukasyanın partiyası ilə dil tapa bilib.
“AzPoliotika.info” erməni mətbuatına istinadla xəbər verir ki, İrəvan şəhər şurasında keçirilən səsvermənin nəticələrinə görə, hakim partiyanın namizədi Tiqran Avinyan İrəvanın yeni, 14-cü meri seçilib. İclasa qatılan 37 nümayəndədən 32-si Avinyanın lehinə, 5-i isə əleyhinə səs verib. İclasda 65 nəfərlik heyətdən yalnız 37 nəfər iştirak edib. Rusiyapərəst “Ana Ermənistan” və Paşinyanın sabiq silahdaşı Ayk Marutyanın partiyası səsverməni boykot ediblər. Lakin bloqer Vardan Qukasyanın tərəfdaşları Paşinyanın rəqiblərinin planlarını pozaraq, yetərsəsi təmin ediblər.
Beləliklə, uzun sürən mübarizədən sonra Paşinyan İrəvanı müxalifətə vermədi.
“AzPolitika.info”


Şərhlər