Menu

İsrail ordusu "Rəfah" keçidini bombalayır - Qaçqınların yolu bağlandı

10.10.2023, 15:19
İsrail ordusu "Rəfah" keçidini bombalayır - Qaçqınların yolu bağlandı

Qəzza zolağı ilə Misir arasındakı «Rəfah» keçidi yenidən İsrailin atəşinə məruz qalıb. 

"AzPolitika.info" bu barədə «Washington Post»a istinadla xəbər verir. Bildirilir ki, bununla da İsrail ordusu sahil anklavından yeganə quru çıxışını bağlayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusunun nümayəndəsi Riçard Hext Qəzzadan Misirə olan «Rəfah» keçidini açıq saxladıqlarını bildirmiş, Qəzzada olan mülki əhalinin Misirə keçməsi üçün şərait yaradacaqlarını demişdi.

“Rəfah keçidi hələ də açıqdır. Kim çölə çıxa bilirsə, mən onlara çölə çıxmağı məsləhət görərdim”, – podpolkovnik Riçard Hext xarici jurnalistlərə zəngində deyib. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol