Menu

“Azərbaycan və Ermənistan arasında dialoq lazımdır” - ABŞ səfirliyi

10.10.2023, 15:22
“Azərbaycan və Ermənistan arasında dialoq lazımdır” - ABŞ səfirliyi

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yazılıb.

“Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır” - paylaşımda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol