“HƏMAS-a dəstək uzun müddətdir ki, davam edir. Onlara dəstək verən ölkələrdən biri də Rusiyadır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Buxarestdə Rumıniya Prezidenti Klaus İohannis ilə birgə mətbuat konfransında çıxış edərkən deyib.
“HƏMAS-ın arxasında kim dayanır? Məncə, cavab çox sadədir: “onları dəstəkləyənlər”. Biz görürük ki, onları açıq şəkildə dəstəkləyir, silah verirlər. Bu, uzun müddətdir ki, baş verir. Rusiyanın da bu dəstək verənlərdən, HƏMAS-ın arxasında duranlardan biri olduğuna inanırıq”,-deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər
Ən marağlısı budur fələstinlilər torpağını işğalçılardan almaq istəyəndə terorçu sayılırlar,ukraynalılar isə qəhrəman belə yanaşma dünyamızı uçuruma aparır,düzdür fələstililər gərək ginc əhaliyə qarşı yox,hərbiçilərə qarşı vuruşaydılar,görünür onların həm arxasında ciddi quvvələr dayanmır həmdə özlərinin daxili iqtisadiyəti çox aşağıdırki,izraillərə qarşı bir başa çıxa bilmir.