Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Məlumata görə, söhbətin əsas mövzusu Fələstin-İsrail münaqişəsi olub. Danışıqlar zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatını və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.
Həmçinin, regionda humanitar ehtiyacların ödənilməsi üçün hansı təşəbbüslərin həyata keçiriləcəyi dəyərləndirilib. Prezident Ərdoğan bildirib ki, Türkiyə bölgədə əmin-amanlığın təmin edilməsi üçün hər cür səy göstərməyə davam edəcək.
Mənbə: Haber Global
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
“Mən daha əvvəl Fələstin, İsrail, Misir, Livan, Qətər və Malayziya liderləri ilə telefon danışıqları aparmışam. Bu gün isə Vladimir Putinlə danışıqlar aparacağam. Həmçinin BMT-nin Baş katibi Antoniu Quterrişlə də danışıq olacaq”, - Ərdoğan Avstriya Kansleri Karl Nehammer ilə birgə Ankarada keçirilən mətbuat konfransında deyib


Şərhlər