COGAT qısaltması ilə tanınan Ərazilərdə Hökumət Fəaliyyətlərinin Koordinatoru Qəzza sakinlərini təhdid edən açıqlama paylaşıb.
"AzPolitika.info" bu barədə İsrail mətbuatına istinadla xəbər verir.
COGAT-ın rəhbəri general-mayor Qassan Alianın video bəyanatında deyir: “Uşaqların, qadınların və qocaların oğurlanması, zorakılığa məruz qalması və öldürülməsi insanlıq deyil. Bunun heç bir əsası yoxdur. HƏMAS İŞİD-ə çevrilib və Qəzza sakinləri qorxuya düşmək əvəzinə bayram edirlər...Qəzzada elektrik və su olmayacaq, yalnız dağıntı olacaq. Siz cəhənnəmi istəyirdiniz, cəhənnəmi alacaqsınız”.
Rüfət
AzPolitika.info


Şərhlər