Menu

Bu planda İran və "Hizbullah" iştirak etməyib, amma..." - HƏMAS rəsmisi

10.10.2023, 18:48
Bu planda İran və "Hizbullah" iştirak etməyib, amma..." - HƏMAS rəsmisi

Qəzzada yalnız az sayda yüksək səviyyəli komandirlər İsrailə qarşı genişmiqyaslı qəfil hücumdan xəbərdar idilər. 

"AzPolitika.info" «The Times of İsrael» nəşrinə istinadla xəbər verir ki, bu barədə KİV-ə danışan HƏMAS-ın sürgündəki rəhbərliyinin üzvü Əli Barakeh bildirib. 

Onun sözlərinə görə, İran və «Hizbullah» bu hücum planında iştirak etməyiblər, amma hər an qoşula bilərlər. Barakehin sözlərinə görə, KİV-də yayılan məlumatların əksinə olaraq, ötən həftə HƏMAS rəhbərliyindən heç kim Beyruta səfər etməyib.

Xatırladaq ki, İsrail Qəzza zolağını bombalayır və HƏMAS-ın idarə etdiyi əraziləri tam blokadaya alıb. 

Rüfət 

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol