Menu

Ərdoğan Quterreşlə İsrail-Fələstin münaqişəsini müzakirə edib

10.10.2023, 23:51
Ərdoğan Quterreşlə İsrail-Fələstin münaqişəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımları müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyənin vasitəçiliyi ilə mülki vətəndaşlara humanitar yardımların çatdırılması da qeyd edilib.

Ərdoğan tərəflərin təmkinli davranmasının və impulsiv addımlar atmaqdan çəkinməsinin vacibliyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol