Menu

"İsrailin təhlükəsizliyi ABŞ və dünyanın təhlükəsizliyidir" - Bayden

11.10.2023, 00:38
"İsrailin təhlükəsizliyi ABŞ və dünyanın təhlükəsizliyidir" - Bayden

Amerika Birləşmiş Ştatları İsrailə əlavə hərbi yardımı artıracaq. Söhbət hava hücumundan müdafiə sistemləri üçün sursat və raketlərdən gedir.

APA-nın “Sky News“a istinadla verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı deyib.

Co Bayden deyib ki, bu, "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemləri üçün sursat və raketləri əhatə edəcək.

Konqresdən ABŞ-nin kritik tərəfdaşlarının milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək üçün təcili tədbirlər görməsi istəniləcək.

Bayden deyib: "Mən hər hansı bir dövlətə, istənilən təşkilata, hər hansı bir oyunçuya müraciət edirəm - İsrailə hücum etməyi düşünməyin! İsrail vəhşiliklərə cavab verəcək. Biz İsrailin istənilən müdafiə ehtiyacını təmin edəcəyimizə zəmanət veririk".

Amerika lideri əlavə edib ki, İsrailin təhlükəsizliyi ABŞ-nin və bütün dünyanın təhlükəsizliyidir:

"Burada söhbət partiyalardan və ya siyasətdən getmir.Bu bizim dünyamızın təhlükəsizliyi, ABŞ-nin təhlükəsizliyi ilə bağlıdır".

Şərhlər

Oxucu. 2023-10-11 19:42:34

Bax burda xoruzun quyruğu tam görünür,ABŞ dünya demək imiş,düz deyir doğurdanda anqlosakslar özlərini dünyanın ağası kimi təbliğ edirlər,bu qocada yaşına və başına görə illər boyu daşıdığı ideyanı gizlədə bilmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol