Menu

“Putinlə ilk görüşümüzə dair sirr açmaq istəyirəm...” – PAŞİNYAN

11.10.2023, 11:15
“Putinlə ilk görüşümüzə dair sirr açmaq istəyirəm...” – PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində Rusiyaya və şəxsən Putinə xoş gəlmək üçün bəzi fikirlər səsləndirib. Həmçinin, İrəvanın Rusiya yönümlü siyasətində heç bir dəyişikliyin olmadığını bildirib.

“AzPolitika.info” xəbər verir ki, həmin müsahibəsində Paşinyan Putinlə az qala ideal münasibətlərinin olduğunu açıqlayıb və iki ölkə başçısı arasındakı ilk görüşü xatırladıb: “2018-ci ildə Soçidə Rusiya Prezidenti ilə görüşümüzə dair sirr açmaq istəyirəm. Rusiya Federasiyası Prezidenti mənə dedi: “Mən bilirəm ki, Rusiyanın başqa dövlətlərin işinə qarışaraq, onların suverenliyini daim aşağıladığına dair söhbətlər gəzir”. Ancaq o, təsdiq etdi ki, Ermənistanın suverenliyinə və qərar qəbul etmək hüququna qeyd-şərtsiz hörmət edir. Biz hal-hazırda münasibətlərimizi mahiyyət etibarilə həmin birinci görüşdə əldə etdiyimiz razılaşmalar əsasında qururuq. Biz heç nəyi dəyişmirik və heç bir öhdəliyimizdən imtina etmirik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol