Menu

“ABŞ və İsrail İranın bu hücumlara aidiyyatı barədə sübutlar axtarır” – “İrandan başqa kim ola bilərdi ki...”

11.10.2023, 11:33
“ABŞ və İsrail İranın bu hücumlara aidiyyatı barədə sübutlar axtarır” – “İrandan başqa kim ola bilərdi ki...”

“ABŞ və İsrail xüsusi xidmət orqanları HƏMAS-ın İsrailə qarşı hücumunun təşkilində İranın rolu barədə sübutlar axtarırlar”.

“AzPolitika.info” xəbər verir ki, CNN-in İsrail-Fələstin qarşıdurmasına dair son məqaləsində belə deyilir.

Yazıda göstərilir ki, hələlik bu hücumun təşkilində İranın iştirakına dair birbaşa sübutlar yoxdur. Lakin 2022-ci ildə HƏMAS lideri İsmail Haniyə həmin il İrandan 70 milyon dollar aldıqlarını və bu pulları raket istehsalına xərclədiklərini rəsmən etiraf edib.

CNN-ə danışan ABŞ generalı Frenk Makkenzi isə İrandan başqa HƏMAS-ın bu hücumda istifadə etdiyi raketlərlə və hədəfi dəqiq vurmaq üçün lazım olan texnologiyalarla təmin edəcək ikinci ölkənin olmadığını deyib: “HƏMAS bu raketləri və onların nişangah sistemini Qəzzada yaratmayıb. Onlar bunu haradansa götürüblər. Onların yaradılması üçün texnoloji yardım isə sözsüz ki, İrandan gəlib. Başqa haradan gələ bilərdi ki?”

Bununla belə, yazıda bildirilir ki, həm ABŞ, həm də İsrail rəsmiləri hələlik İranın bu hücumun təşkilində birbaşa iştirakına dair konkret açıqlama verməkdən çəkinirlər. Lakin hər iki ölkənin kəşfiyyat orqanları bu məsələ üzərində ciddi şəkildə işləyirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol