Menu

“Qəzza heç vaxt əvvəlki kimi olmayacaq” – İsrailin müdafiə naziri

11.10.2023, 12:12
“Qəzza heç vaxt əvvəlki kimi olmayacaq” – İsrailin müdafiə naziri

İsrailin cənubunda HƏMAS terrorçuları ilə ara-sıra toqquşmaların davam etməsi fonunda, İsrail ordusu Qəzza zolağına qarşı "tam hücuma" keçir.

“AzPolitika.info” “The Times of İsrael” saytına istinadla xəbər verir ki, bu barədə Müdafiə naziri Yoav Qallant bildirib.

Qalant bütün ərazilərdə nəzarətin ələ keçirildiyini və artıq İsrail qoşunlarının hücuma keçdiyini bildirib.

“Burada reallığı dəyişmək bacarığınız olacaq. Həmas Qəzzada dəyişiklik istəyirdi; düşündüyündən 180 dərəcə tərsinə dəyişəcək” – deyə nazir qeyd edib.

“Onlar bu andan peşman olacaqlar, Qəzza heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq”, - Gallant davam edib. "Kim baş kəsməyə, qadınları, Holokostdan sağ çıxanları öldürməyə gəlirsə, biz onu bütün gücümüzlə və güzəştə getmədən məhv edəcəyik".

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol