Menu

"Qarabağ" dünya reytinqində "Çelsi" və "Qalatasaray"ı qabaqladı

11.10.2023, 12:30
"Qarabağ" dünya reytinqində "Çelsi" və "Qalatasaray"ı qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"AzPolitika.info" xəbər verir ki, 414 komandanın yer aldığı siyahıya Azərbaycandan "Qarabağ", "Sabah" və "Neftçi" klubları düşüb.

"Qarabağ" ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib və 61-ci sırada qərarlaşıb. "Atlılar"ın aktivində 144,5 xal var. Son Azərbaycan çempionu Fransanın "Monako", İngiltərənin "Çelsi" və "Tottenhem", Türkiyənin "Qalatasaray" klublarını qabağlamağı bacarıb.

Bundan əvvəlki cədvəldə 286-cı olan "Sabah" hazırda 302-ci pillədə qərarlaşıb. "Futurislər"in 63,5 xalı var. "Neftçi" isə 7 pillə geriləyib. "Ağ-qaralar" 61,75 xalla 318-ci sırada yer alıb.

Qeyd edək ki, siyahıya 304 xalla "Mançester Siti" klubu başçılıq edir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol