Menu

"Hizbullah" İsrail ordusunun sərhəd postuna raket atdı

11.10.2023, 13:14
"Hizbullah" İsrail ordusunun sərhəd postuna raket atdı

Livanın «Hizbullah» Hərəkatı İsrail ordusunun Livan sərhədindəki postuna tank əleyhinə idarə olunan raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. 

"AzPolitika.info" İsrail KİV-nə istinadla xəbər verir ki, «Hizbullah» yaydığı açıqlamada hücumun sərhəddə ölümcül qarşıdurmalara cavab olaraq edildiyini bildirib. 

Hərəkat bununua İsrailin hücumlarında üç üzvünün ölümünə cavab verdiyini açıqlayıb və İsrail ordusunun "çox sayda təsdiqlənmiş itki" verdiyini iddia edib. İsrail ordusu isə cavab olaraq Livana zərbələr endirildiyini bildirir və itkilər barədə dərhal məlumat vermir. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol