Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlar üzrə Agentliyinin 9 əməkdaşı İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həyatını itirib.
“AzPolitika.info”-nun məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar üzrə Agentliyi AP-yə bildirib ki, onların bir qismi dünən axşam saatlarında endirilmiş zərbələr zamanı həlak olublar.
UNRWA kimi tanınan agentliyin kommunikasiyalar üzrə direktoru Juliette Touma deyir ki, Mülki insanların müdafiəsi, o cümlədən münaqişələr zamanı müdafiə olunması başlıca amildir. “Onlar müharibə qanunlarına uyğun olaraq qorunmalıdır”.
Touma deyir ki, zərbələr nəticəsində ərazi boyu evlərində olan BMT əməkdaşları həlak olub. O, həmçinin deyir ki, UNRWA-nın sığınacağına çevrilmiş 18 məktəb bombardman nəticəsində zədələnib və onun Qəzza şəhərindəki qərargahı da itki vermədən zərər görüb.
Rüfət
AzPolitika.info


Şərhlər