Menu

Avropa İttifaqı Elon Maska 24 saat vaxt verdi – “Dezinformasiyaların qarşısını alın”

11.10.2023, 16:37
Avropa İttifaqı Elon Maska 24 saat vaxt verdi – “Dezinformasiyaların qarşısını alın”

Avropa İttifaqının daxili bazar üzrə komissarı Thierry Breton, Elon Mask-ı HƏMAS-ın İsrailə hücumundan sonra öz Twitter (X) platformasında dezinformasiyanın yayılması ilə mübarizə aparmağa çağırıb.

“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, Breton Maska yazdığı məktubda platformanın Avropa Birliyində qeyri-qanuni məzmun və dezinformasiya yaymaq üçün istifadə edildiyinə dair sübutlara malik olduğunu yazıb. O, danışdığı dezinformasiya ilə bağlı təfərrüatları açıqlamayıb.

Breton yazıb: "Həmçinin sizdən müvafiq hüquq-mühafizə orqanları və «Europol» ilə əlaqə saxlamağınızı və onların sorğularına operativ reaksiya verməyinizi gözləyirəm. Sizi növbəti 24 saat ərzində bu sorğuya operativ, dəqiq və tam cavab verməyinizi təmin etməyə çağırıram".

Cavab olaraq Twitter (X) sahibi bildirib ki, onun şirkətinin siyasəti hər şeyi açıq və şəffaf saxlamaqdır. O, həmçinin, Bretondan dezinformasiya hesab etdiyi paylaşımlar barədə dəqiq nəlumat tələb edib. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol