Menu

Azərbaycan əhalisinin gəlirləri 14 % artıb

11.10.2023, 17:30
Azərbaycan əhalisinin gəlirləri 14 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 58 milyard 018,3 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 13,1 % artaraq 5 717 manata çatıb.

Şərhlər

Vətəndaş 2023-10-11 19:34:07

Haradan və necə?işsizlik olanda gəlir haradan olur? Bir də 50-70 faiz bahalaşma qarşısında bu artım əhaliyə nə verir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol