İsrailin Baş naziri Binyamin Netanyahu və Milli Birlik partiyasının lideri Benni Qantz çərşənbə günü fövqəladə müharibə hökuməti yaratmaq üçün əlamətdar razılaşma əldə etdiklərini elan etdilər.
"AzPolitika.info" İsrail mətbuatına istinadla xəbər verir ki, yeni hökumət ölkənin mühüm siyasi güclərinin iştirakı ilə, HƏMAS-la mübarizədə daha səmərəli addımlar atmaq məqsədilə qurulacaq.
Bundan əvvəl Netanyahunun məhkəmə islahatları müxalifət tərəfindən sərt tənqid olunur və İsrailin bir çox şəhərlərində etiraz aksiyaları təşkil olunurdu.
Gantz mətbuata bildirib ki, xalqın birliyini təmin etmək, vahid cəbhə yaradaraq, döyüşən əsgərlərdə hökumətə etimad formalaşdırmaq üçün bütün fikir ayrılıqlarını kənara qoymağa qərar verib.
Rüfət
AzPolitika.info


Şərhlər