Məlum olduğu kimi, HƏMAS-ın İsrailə qarşı hücumundan sonra fələstinlilərin yaşadığı ərazinin elektrik və su təminatı dayandırılıb. İsrail Qəzzanı tamamilə işıqsız və susuz qoyub.
“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, İsrailin Energetika naziri İsrael Kats israilli girovlar azad edilməyənə qədər Qəzzaya nə işıq, nə də su verilməyəcəyini bəyan edib: “Qəzzaya humanitar yardım? Oğurlanmış israillilər öz evlərinə qayıtmayana qədər heç bir elektrik açarı, heç bir su nasosu işə salınmayacaq, heç bir benzin maşını o əraziyə girməyəcək. Heç kim bizə mənəviyyat dərsi keçməsin”.
Xatırladaq ki, son məlumatlara görə, HƏMAS-ın əlində 200-dən çox israilli girov saxlanılır.
“AzPolitika.info”


Şərhlər